Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2022 08:30
Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
Mirzoyan qeyd edib ki, rəsmi İrəvan Bakı ilə tezliklə konsensusa nail olmağa ümid edir.
O söyləyib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər:
"Ermənistan tərəfi Praqa razılaşmasına sadiqdir".
Eyni zamanda, o bildirib ki, İrəvan məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır.