Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Seneqal millisi pley-offa yüksəlib - YENİLƏNİB - VİDEO - FOTO

DÇ-2022: Seneqal millisi pley-offa yüksəlib - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 29 Noyabr 2022 21:20

Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə gəlib.

Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub. Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib.

Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək.

A qrupu

19:00. Ekvador - Seneqal - 1:2 

Qol: İsmaila Sarr, 44-pen. (0:1), Moyses Kaysedo, 68 (1:1), Xalidu Kulibali, 70 (1:2)

Baş hakim: Kleman Türpen (Fransa)

"Xəlifə" stadionu

20:32

Ekvador 1 - 2 Seneqal
Qol: İsmaila Sarr (44) Moises Kaysedo (67) Kalidu Kulibal (70)

-------

19:44

Ekvador 0 - 1 Seneqal
Qol: İsmaila Sarr (44)

--------

19:00

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

Ekvador: 1. Hernan Kalindez (q), 23. Moises Kaysedo, 11. Miçel Estrada, 7. Pervis Estupinan, 21. Alan Franko, 8. Karlos Qruezo, 3. Pedro Hinkeyp, 19. Qonzalo Plata, 17. Angeo Presiado, 2. Feliks Torres, 13. Ener Valensiya (k)

Seneqal: 16. Eduard Mendi, 11. Pate Siss, 9. Bulaye Dia, 22. Abdu Diallo, 5. İdrissa Queye, 26. Pape Queyye, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 13. İliman Ndiaye, 21. Yussuf Sabali, 18. İsmaila Sarr

Milli.Az


Etiketlər:  2022 Seneqal millisi pley offa yüksəlib YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ