Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 16:36
Qətər ölkədə futbol üzrə dünya çempionatının təşkili ilə əlaqədar "400-500 arası" fəhlənin öldüyünü bəyan edib.
Sonxeber.net "AP"yə istinadən xəbər verir ki, bu sayın Dohanın daha öncə göstərdiyi rəqəmdən kəskin yuxarı olduğunu yazır. Qətərdə bu çempionatın təşkilinə cavabdeh ali komitənin baş katibi Həsən əl-Tavadi britaniyalı jurnalist Piers Morqanla müsahibəsində sözügedən rəqəmi dilə gətirib.
İnsan haqları qrupları Dünya Kubokunun təşkilinin miqrantlar arasında səbəb olduğu itkini indiyədək tənqid ediblər. Qətərdə çempionatdan ötrü 200 milyard dollara stadion, metro xətləri, yeni infrastruktur tikilib. Jurnalistin çempionatla bağlı miqrant fəhlələr arasında real ölü sayı ilə bağlı sualını əl-Tavadi belə cavablandırıb: "Təxminən 400-ə yaxın, 400-500 arasıdır. Məndə dəqiq rəqəm yoxdur. Bu məsələ müzakirə olunur".
Ali Komitənin 2014-cü ildən 2021-ci ilin sonunadək açıqladığı hesabatlarda stadionların tikintisi və yenidənqurulmasında işləyənlər arasında ölü sayının 40 olduğu göstərilir. Qətər bu ölümlərin 37-ini işlə bağlı olmayan insidentlər adlandırır, məsələn ürək tutması kimi səbəblərdən baş verdiyini deyir. Yalnız üç nəfərin iş yerində öldüyü qeyd olunur. Bir fəhlənin isə koronavirus pandemiyası dövründə virusdan öldüyü xəbər verilib.
"FIFA və Qətər çox suallara cavab verməlidirlər, bu adamlar harada, nə zaman, necə ölüblər, ailələri kompensasiya alıbmı", - Londonda yerləşən, Yaxın Şərqdə miqrant işçilərin hüquqlarını müdafiə edən "Fairsquare" təşkilatından Nikolas Makgihan deyib.
Kamran Seyidov