Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 19:36
Amerikanın Oklahoma ştatının Tulsa şəhərində "Monopoliya" oynanılan ailə axşamı atışma və oyunçulardan birinin həbsi ilə başa çatıb.
Sonxeber.net bildirir ki, bu barədə KWCH məlumat yayıb.
Şəxsi evdə atışma olması xəbərindən sonra polis hadisə yerinə gəlib. Məlum olub ki, ailə stolüstü oyun oynayırmış və Con Armstronqla ögey atası arasında dava düşüb. "Onlar "Monopoliya" sahəsini və digər mebelləri təhvil verdikdən sonra ailənin başqa bir üzvü Armstronq və ögey atasına işləri yoluna qoymaq üçün bayıra getmələrini söylədi", - deyə polis bildirib.
Kişilər evi tərk ediblər, bundan sonra Armstronq silahını çıxararaq, ögey atasını və ögey bacısını küçədə qovub və onlara bir neçə dəfə atəş açıb. Kişinin ögey bacısı polisə zəng edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları "Monopoliya"dan oyun pullarını və oyunun digər komponentlərini qonaq otağında səpələnmiş şəkildə görüblər.
Polis Armstronqu həbs edib. Saxlanılan şəxsə öldürücü silahla basqın etmə ittihamı irəli sürülüb.
İrfan Vəliyev