Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı

Tarix: 1 Dekabr 2022 10:46

Noyabrın 30-da 23 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

Bu barədə Milli.Az-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilən geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalarla baş tutub.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Milli.Az


Etiketlər:  23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı


RƏYLƏR