Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya PA-nın kişi əməkdaşlarının xaricə çıxışı qadağan edilib

Rusiya PA-nın kişi əməkdaşlarının xaricə çıxışı qadağan edilib

Tarix: 1 Dekabr 2022 14:10

Rusiya prezident administrasiyasının bütün kişi işçilərinə xaricə ezamiyyətə çıxmaq müvəqqəti olaraq qadağan edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qadağa "səfərbərlik haqqında xüsusi sərəncam" dərc olunana qədər qüvvədə olacaq.

Hazırda prezident administrasiyasından yalnız qadınların xaricə ezamiyyətinə icazə verilir. Əvvəllər sadəcə arzuolunmaz olan xarici məzuniyyətlər isə indi qadağan edilib.

Bildirilir ki, bu, "profilaktik tədbir" ola bilər. Belə ki, təsdiqlənməmiş məlumatlara görə, MDB ölkələrindən birində ezamiyyətdə olarkən PA idarələrdən birinin əməkdaşı "qaçıb".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident administrasiyasının əməkdaşlarının xaricə ezamiyyətə və məzuniyyətə getməsinə müvəqqəti qadağa qoyulması barədə məlumatı təkzib edib.


Etiketlər:  Rusiya nın kişi əməkdaşlarının xaricə çıxışı qadağan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ