Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 20:28
Moskvada 14 yaşlı yeniyetmə anasından 2,5 milyon rubl (39 700 dollar) oğurlayaraq "Brawl Stars" telefon oyununda uduzub.
Sonxeber.net bildirir ki, bu barədə "Shot" Telegram kanalı məlumat yayıb.
Anasının dediyinə görə, oğlan davamlı olaraq "Brawl Stars" oynayırıb. Bir müddət sonra o, Telegram-da həmfikir insanları tapmaq qərarına gəlib və orada bir çat tapıb. Çatda bu oyun üçün mərc etmə təklif olunub.
Birinci dəfə yeniyetmə mərc üçün 1,8 milyon rubl xərcləyib və onu "QIWI Wallet"də kiməsə köçürüb. Qalan məbləği terminal vasitəsilə köçürüb.
Anası polisə gedərək oğlunun dələduzların təsiri altında olduğunu bildirib.
İrfan Vəliyev