Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 22:09
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın İsveç dövlət televiziyasının (SVT) müxbirinin təxribatçı suallarına görə müsahibəni yarımçıq dayandırıb.
Müxbirin "Türkiyənin mafiya cənnəti" olub-olmaması ilə bağlı sualına Kalın kəskin reaksiya verib.
"Türkiyənin bu və ya digər formada bu kimi insanlara cənnət təmin etdiyinə eyham vurursunuzsa, onları qoruduğunu nəzərdə tutursunuzsa, yanılırsınız, bu iddialar tamamilə yersiz və əsassızdır. Eyni məsələ kokain və narkotik qaçaqmalçılığına da aiddir. Burada həqiqət yoxdur. Bütün ölkəni qorxunc şeydə ittiham etdiniz. Suallarınız gülüncdür. Bu, PKK və FETÖ danışığıdır. Bu kimi hərəkətlərlə gözümüzü qorxuda bilməzsiniz", - deyə Kalın jurnalistə sərt cavab verərək, müsahibəni dayandırmağı xahiş edib.