Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SEPAH generalı bu səs yazısına görə həbs edildi

SEPAH generalı bu səs yazısına görə həbs edildi

Tarix: 1 Dekabr 2022 22:36

SEPAH-ın keçmiş komandirlərindən olan general Məhəmməd Bağır Bəxtiyar İranın təhlükəsizlik qüvvələri tərəfindən şəxsi mənzilində həbs edilib.

Sabiq generalın evinə təşkil olunmuş əməliyyat zamanı Məhəmməd Bağırın şəxsi əşyaları müsadirə edilib.

İranın "Səham nyus" media orqanı generalın həbs xəbərini təsdiq edərək onun harada saxlanıldığı ilə bağlı məlumat verilmədiyini yazıb.

Qeyd edək ki, Məhəmməd Bağır daha əvvəl bir səs yazısı yayaraq, İran hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırıb.

"Əgər "sağlam düşüncə" bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi. Artıq xalqın əsas hədəfi rəhbərlikdir, şüarlar birbaşa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir", - səs yazısında bildirilir.


Etiketlər:  SEPAH generalı səs yazısına görə həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ