Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İspaniya Ukraynaya ilk “Hawk” HHM sistemlərini təqdim edib

İspaniya Ukraynaya ilk “Hawk” HHM sistemlərini təqdim edib

Tarix: 2 Dekabr 2022 21:40

"İspaniya bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcək. Artıq ilk "Hawk" hava hücumundan müdafiə sistemləri ölkəyə gətirilib".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov tviter səhifəsində yazıb.

Nazirin sözlərinə görə, İspaniya Ukraynaya humanitar yardım göstərməklə yanaşı, təhlükəsizlik sahəsində də yardımı davam etdirəcək.

"Daha çox əsgərimiz İspaniyada təlim keçəcək", - nazir yazıb.

Milli.Az


Etiketlər:  İspaniya Ukraynaya ilk Hawk HHM sistemlərini təqdim edib


RƏYLƏR