Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 07:14
Dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonu Tatallar kəndində bir ailənin üzvləri - ata, ana və 2 oğlu ov tüfəngi ilə öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən ailənin qonşusu 27 yaşlı Fuad Cəlilzadə polis tərəfindən saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.
Qətlə yetirilənlərin adları:
1971-ci il təvəllüdlü Tərgül Quliyeva, 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1996-cı il təvəllüdlü Amin Quluzadə, 2002-ci il təvəllüdlü Xəyal Quluzadə.