Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 18:04
Almaniyada azərbaycanlının avtomobili qarət edilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə Berlinin mərkəzində, Kurfürstendamm 40/41 10719 Beckstrassedə baş verib. Tağıyev Kamal Əşrəf oğluna məxsus qapıları açıq olan "Mercedes GLS" markalı avtomobilin arxa oturacağından notbuk çantası oğurlanıb. Çantanın içində, işlək "İphone 12", və Kamal Tağıyevə məxsus Azerbaycan vizalı xarici pasport, şəxsiyyət vəsiqəsi, VÖEN, sürücülük vəsiqəsi, 3 ölkənin yük yol vərəqələri, 2 şirkətə məxsus möhürlər və pul olub.
Zərərçəkmiş sənədləri tapan şəxsə mükafat verəcəyini bildirib.