Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 18:35
"İndi vəziyyətim yaxşıdır. Demək olar ki, xəstəliyini böyük bir qismi geridə qaldı. Hazırda müalicə olunuram. Hələ 5 il də bu müalicə davam etməlidir".
Sonxeber.net azxəbər-ə istinadla xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni deyib. "Zaurla Günaydın" verilişinə dəvət olunan sənətçi 21 şüa qəbul eydiyini etiraf edib:
"Məndə xəstəlik sinə tərəfdədir. Əsasən şüa qəbul edirdim. Bu günə qədər 21 şüa götürdüm. Hər gün 5 dəqiqə şüa qəbul edirdim. Orada məndən başqa xəstələr də var idi. Baxırdım ki, ən yüngül xəstəlik məndədir".
Xatırladaq ki, bu ilin iyulun 28-də Zeynəb Həsənidə xərçəng xəstəliyi aşkarlanıb. O, Türkiyədə əməliyyat olunub.