Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək-damar sistemi xəstəliklərinin ƏSAS 5 RİSK FAKTORU. Özünüzü yoxlayın!

Ürək-damar sistemi xəstəliklərinin ƏSAS 5 RİSK FAKTORU. Özünüzü yoxlayın!

Tarix: 3 Dekabr 2022 19:03

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar sistemi xəstəlikləri və onların ağırlaşmaları bütün dünyada ölümün əsas səbəbi sayılır.

İldən ilə bu xəstəliklərdən dünyasını dəyişən insanların sayı artır. Artıq bu xəstəliklər xeyli cavanlaşıb və bu da vaxtından qabaq ölümlərin hallarını artırır.

Sizə ürək-damar sistemi xəstəliklərinin əsas 5 risk faktorunu təqdim edirik:

1. Hipertoniya (yüksək təzyiq) - normada 140/90 mm c.st. aşağı olmalıdır.

2. Qanda xolesterolun səviyyəsinin yüksək olması (normada 5 mmol/l az olmalıdır).

3. Artıq bədən çəkisi. Bədən çəkisinin normaya uyğun olub-olmadığını təyin etmək üçün xüsusi formul mövcuddur: çəkinizi (kq) boyun metrlə hesablanan ölçüsünün kvadratına bölün - bədən çəkisi (kq):boy (m2). Alınan nəticə bədən kütləsi indeksi adlanır. Bu indeks 25-dən az olmalıdır. Nəticə 25-dən artıqdırsa, sizin artıq çəkiniz var.

Məsələn, əgər sizin boyunuz - 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6x1,6) = 65 : 2,56 = təxminən 25,4.

4. Bel çevrəsi: normada qadınlarda 80 sm-dən, kişilərdə 94 sm-dən az olmalıdır.

5. Qanda qlükozanın səviyyəsinin yüksək olması: 6,1 mmol/l-dən az olmalıdır.

Beləliklə, lazım olan analizlər verib və hesablamalar aparıb, siz özünüz özünüzdə ürək-damar sistemi riskini təyin edə bilərsiniz. Əgər risk yüksəkdirsə, vaxt itirmədən kardioloqa müraciət edin.


Etiketlər:  Ürək damar sistemi xəstəliklərinin ƏSAS RİSK FAKTORU Özünüzü yoxlayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ