Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onun karyerasının son mərhələsindən həzz alın'' - Ronaldunun bacısı

''Onun karyerasının son mərhələsindən həzz alın'' - Ronaldunun bacısı

Tarix: 3 Dekabr 2022 21:52

"Ronaldunun karyerasının son mərhələsindən həzz alın".

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru deyib.

O, qardaşının DÇ-2022-də Portuqaliya millisinin heyətində çıxışı haqda danışarkən duyğusal anlara toxunub: "İndi etməli olduğunuz yeganə şey bu dünya çempionatından həzz almaqdır. Bütün portuqaliyalılar bunu etməlidir: Kriştianunun karyerasının bu son mərhələsindən həzz alın. Bir bacı kimi yox, bir portuqaliyalı kimi deyəcəyəm: məncə, onun etdiyi, çalışdığı hər şeyə, son illərdə əldə etdiyi hər şeyə görə hamımız minnətdar olmalıyıq. Əldə etdiyinə nail olan bircə dənə də olsun portuqaliyalı yoxdur".

Həmçinin Ronaldunun bacısı Kriştianu olmadan millinin oyunlarını izləməyin onun üçün çox çətin olacağını bildirib: "Bu, son mərhələdir... Onun tezliklə 38 yaşı tamam olacaq. Bəlkə də sonuncu dünya çempionatıdır və bir futbol azarkeşi və bacı kimi artıq onun üçün darıxıram. O gedəndən sonra millini izləmək çox çətin olacaq. Artıq oğlum və qardaşım oğlu ilə birgə bir də heç vaxt yaşamayacağımız anları xatırlayacağıq".

Qeyd edək ki, DÇ-2022-nin 1/8 finalında Portuqaliya yığması İsveçrə millisi ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 6-da baş tutacaq.


Etiketlər:  Onun karyerasının mərhələsindən həzz alın Ronaldunun bacısı


RƏYLƏR