Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 22:24
Müxalif "Vahid Milli Hərəkat" partiyasının nümayəndələri, eləcə də onların tərəfdarları şənbə günü Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə mitinq keçirirlər.
"Bütün dünya, bütün ölkə görməlidir ki, biz (keçmiş) prezidentin ölümünü qəbul etməyəcəyik. Ölkəmiz prezidentlərin qəbiristanlığı olmamalıdır", - Gürcüstan parlamentinin Milli Hərəkatdan olan üzvü Levan Xabeişvili deyib.
Bir neçə yüz nəfər əvvəlcə Tbilisidə Barataşvili körpüsünün yaxınlığında toplaşıb, sonra isə hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" partiyasının ofisinə doğru yürüş edib. Aksiya "Mişa sağ qalmalıdır" adlanır. Hakim partiyanın binası yaxınlığında gücləndirilmiş polis dəstələri növbə çəkir.