Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyləqanda qətlə yetirilən bir ailənin dörd üzvü... - FOTOlar

Beyləqanda qətlə yetirilən bir ailənin dörd üzvü... - FOTOlar

Tarix: 4 Dekabr 2022 10:34

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Beyləqan rayonu Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib.

Milli.Az "Qafqazinfo"ya istinadən qətlə yetirilən 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1971-ci il təvəllüdlü Tərgül Quliyeva və oğulları 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadənin fotolarını əldə edib.

Qeyd edək ki, hadisəni mərhumların qonşusu, 27 yaşlı Fuad Cəlilzadə törədib. O, ata ilə ananı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib. Ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

Milli.Az


Etiketlər:  Beyləqanda qətlə yetirilən bir ailənin dörd üzvü FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ