Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynanın Rusiya qarşısında təhlükəsizlik üçün 4 şərti...

Ukraynanın Rusiya qarşısında təhlükəsizlik üçün 4 şərti...

Tarix: 4 Dekabr 2022 18:34

Ukraynanın "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya Rusiya ilə danışıqlar üçün ilkin şərtləri açıqlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Araxamiya ölkəsinin Rusiyaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu, lakin bunun üçün qarşı tərəfin 4 şərti yerinə yetirməsinin vacibliyini vurğulayıb.

"- Ölkəmizin ərazisini tərk etmək;

- Kompensasiya ödəmək;

- Bütün hərbi cinayətkarları cəzalandırmaq;

- Nüvə silahlarını könüllü olaraq təslim etmək.

Bundan sonra biz danışıqlar masası arxasına oturmağa və təhlükəsizlik zəmanətləri barədə danışmağa hazırıq", - o bildirib.

Milli.Az


Etiketlər:  Ukraynanın Rusiya qarşısında təhlükəsizlik üçün 4 şərti


RƏYLƏR