Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Süd vəzini əllə yoxlamaq olmaz - Həkimlərin ciddi XƏTASI

Süd vəzini əllə yoxlamaq olmaz - Həkimlərin ciddi XƏTASI

Tarix: 4 Dekabr 2022 21:06

Dünyada hər il 1,4 milyon qadına süd vəzi xərçəngi diaqnozu qoyulur. Amerikada hər 8, Avropada isə 10 qadından birində bu növ xərçəng diaqnozu aşkarlanır.

Medicina.az xəbər verir ki, türkiyəli professor həkim Ayşegül Özdemir bunun bağlı "Məmənizi qoruyun" adlı kitab yazıb və bir sıra nüansları qeyd edib.

Toxunduğu əsas mövzulardan biri insanların süd vəzilərini əllə, özlərinin kortəbii surətdə yoxlamasıdır. Bu hərəkətin yanlış olduğunu vurğulayan həkim səbəbini belə izah edib: "10 il əvvələ qədər mən də düşünürdüm ki, hər qadın özü yoxlamalıdır. Sonra zamanla şübhələnərək məsələni daha çox araşdırdım və bildim ki, əslində biz həkimlər qadınlara döş müayinəsi məsləhət görərək ciddi xətaya yol veririk".

Bəzi xəstələrin "Öz-özünü müayinədə nə problem ola bilər ki" sualını isə Özdemir kitabında belə cavablandırıb: "Əllə müayinə peşəkar tərəfindən edilsə belə güvəniləcək qədər dəqiq olmaz. Bu cür yoxlanışda tapıla biləcək sadəcə şişdir. Amma şiş xoşxassəli də ola bilər, bədxassəli də".

Həmçinin bir çox qadınların əlləri ilə özlərini müayinə etdiyi zaman bir şey tapmadıqda rahatlanıb yoxlanışa getməkdən imtina etdiklərini bildirən professor bu xərçəng növündə şişin çox gec böyüdüyünü və əksər vaxt ağrı vermədiyini vurğulayıb.

"Bu səbəbdən qadınlar "məndə heç nə yoxdur" deyib rahatlaşırlar. Bəzən isə xəstəlik daxildə artmağa başlayır ki, gec üstünə düşdükdə də təhlükəli hal ola bilər", - deyə mütəxəssis bildirib.

Qadınlara 12 aydan bir USM müayinəsindən keçməklərini tövsiyə edən həkim, bununla da baş verə biləcək problemlərin öhdəsindən daha rahat gəlinə biləcəyini qeyd edib.

Milli.Az


Etiketlər:  Süd vəzini əllə yoxlamaq olmaz Həkimlərin ciddi XƏTASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ