Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Quba yolunda uzun tıxac - Hərəkət iflic oldu - YENİLƏNİB - FOTO

Bakı-Quba yolunda uzun tıxac - Hərəkət iflic oldu - YENİLƏNİB - FOTO

Tarix: 4 Dekabr 2022 23:28

Həftə sonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər edib və bu gün axşam saatlarında paytaxt istiqamətində qayıtmaları səbəbindən adıçəkilən yollarda müəyyən sıxlıq müşahidə edilir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib.

"Qısa müddətdə hərəkət tam bərpa ediləcək. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib", - məlumatda qeyd edilib.

23:04

Dekabrın 4-ü axşam saatlarında Bakı-Quba yolunda uzun məsafəli tıxac yaranıb.

Avtomagistralın Xızı rayonu ərazisindən keçən hissəsində müşahidə olunan tıxac üç saata yaxındır davam edir.

Yolun bu hissəsində avtomobillərin sürəti saatda 5 kilometrədək aşağı düşüb. Bu səbəbdən yaranan tıxac 15 kilometrə yaxın məsafədə uzanır.

Yolda qalan sürücülərin bildirdiyinə görə, tıxac yolun təmir olunan hissəsində bəzi avtomobillərin qarşı hərəkət zolağına çıxması səbəbindən yaranıb.

Hazırda Dövlət Yol Polisi əməkdaşları hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görürlər.

Milli.Az


Etiketlər:  Bakı Quba yolunda uzun tıxac Hərəkət iflic oldu YENİLƏNİB FOTO


RƏYLƏR