Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 16:20
Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, əvvəllər köhnə tikli binalarda iki otaqlı mənzillər 75-80 min manata təkilif edilirdisə, hazırda 100 min manata belə mənzil tapmaq müşkülə çevirilib.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, qiymət artımı təkcə yeni tikli evlərdə müşahidə edilmir. Onun sözlərinə görə, köhnə tikili 5 və 9 mərtəbəli binalardakı evlərdə də qiymət artımı var. Ekspert hesab edir ki, dünyada son vaxtlar baş verən hadisələr Azərbaycan bazarında mənzilə tələbi çoxaldıb. Bu da qiymət artımını qaçılmaz edib.
Ekspert deyib ki, həmin ölkə vətəndaşları Azərbaycanda ev alıb kirayə verməklə əllərində olan vəsaiti həm də bir növ sığortalamış olurlar.
Ramil Osmanlının sözlərinə görə, qarşıdakı aylarda mənzillərin qiymətində enmənin olması gözlənilmir.
Rieltor Həşim Qədirov vurğulayıb ki, köhnə tikli binalarda qiymət artımı heç vaxt bu həddə gəlib çıxmayıb.
Onun sözlərinə görə, mənzil bazarına tələb Rusiya və Ukraynadan Azərbaycana kütləvi axın olan zaman daha çox oldu. Amma sonradan bu hal daşınmaz əmlak bazarında durğunluğa gətirib çıxardı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: