Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qatar taksini vurub - VİDEO

Qatar taksini vurub - VİDEO

Tarix: 5 Dekabr 2022 19:56

Moskva yaxınlığındakı İvanteyevka platformasında elektrik qatarı dəmir yolu keçidinə çıxan taksini vurub.

Milli.Az bildirir ki, hadisə videoya çəkilib, görüntüləri "112" Telegram kanalı yayıb.

Görünən videoda taksi sürücüsünün gecə saatlarında xəbərdarlıq işarələrinə baxmayaraq dəmiryol relslərinə necə çıxdığını görmək olar. Bu zaman maşın yoldan keçən qatara çırpılıb.

Sonradan məlum olub ki, sərnişin və taksi sürücüsü xəstəxanaya aparılıb. REN TV xəbər verib ki, hər ikisi reanimasiyadadır, həkimlər taksi sürücüsünün vəziyyətini ağır qiymətləndiriblər.

Qatar sərnişinlərindən heç biri xəsarət almayıb. Dəmir yoluna da ziyan dəyməyib. Qəza qeydə alındıqdan sonra qatar təyinat yerinə yola düşüb.

Polis əməkdaşları hadisəni araşdırmağa başlayıblar.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qatar taksini vurub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ