Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2022 08:39
Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov Qolodomorla bağlı açıqlamasına görə bu ölkənin XİN-ə çağırılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə diplomat özü məlumat verib.
"Bu gün Kanada XİN-ə dəvət olundum, Avropa məsələləri departamentinin direktoru Maykl Bonser Kanada tərəfinn Qolodomorla bağlı mövqeyini diqqətimizə çatdırdı" - deyə diplomat bildirib.
Səfir Kanada XİN-ə bildirib ki, aclıq 30-cu illərdə SSRİ-nin əksər respublikalarında baş verib.