Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2022 12:24
İranda molla rejimi "Xaqan" adına görə uşağa şəxsiyyət vəsiqəsi vermir.
Sonxeber.net bildirir ki, bu barədə Xaqanın atası mədəni fəal və sənətçi Yunis Mahmudi özünün sosial media hesabında paylaşım edib.
Yunis Mahmudi özünün "insraqram" hesabında "məhkəmənin rəyi və qərarı olmasına baxmayaraq yenə də Xaqanıma kimlik vəsdiqəsi vermirlər" yazıb.
Bundan əvvəl sentyabrın əvvəllərində Yunis Mahmudi özünün sosial media hesabında iki ay mübarizədən sonra oğlu Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməsi barədə Təbriz Məhkəməsinin qərar verməyə məcbur olduğunu yazmışdı.
Xatırladaq ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.