Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2022 20:05
"Özümə söz vermişəm ki, şəxsi həyatımla bağlı heç kimə heç nə danışmayacağam. Amma məni depressiyadan çıxartdılar".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) "Deməsəm olmaz" verilişinə açıqlamasında deyib. Sənətçi Facebook-da tanış olduğu şəxslə eşq yaşadığını etiraf edib:
"Ən əsası sevilirəm. Mənə önəmli olan budur. Onunla feysbukda tanış olmuşuq. Çox gülməli bir tanışlıq hekayəmiz var. Dörd aydır birlikdəyik. Hər ikimiz sakit adamıq, qısqanclıq da yoxdur. Əsas odur ki, xoşbəxtik".