Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2022 22:39
""Tərtər işi" üzrə bir sıra şəxslərin bəraət alması və azadlığa buraxılması müsbət haldır".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko tviter səhifəsində paylaşıb.
"Bu iş üzrə yeni istintaq cəzasızlıqla mübarizədə nəzərəçarpacaq nəticələr verə bilər",-deyə səfir vurğulayıb.
Qeyd edək ki, bu gün Baş Prokurorluq "Tərtər işi" üzrə barələrində həbs qətimkan tədbiri ləğv olunan 19 nəfərin azadlığa buraxılması barədə məlumat yayıb.