Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü yağış Lənkəranda bir sıra fəsadlar yaradıb - VİDEO

Güclü yağış Lənkəranda bir sıra fəsadlar yaradıb - VİDEO

Tarix: 7 Dekabr 2022 18:22

Bir neçə gündür ki, yağan inensiv yağış Lənkəran şəhərində bir sıra fəsadlar yaradıb. Bəzi küçələrdə yağış suları həyətlərə dolub.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Azad İsmayılov küçəsində qazıntı işləri aparılıb. Amma sonradan yarımçıq saxlanıb.

Mövcud kanalizasiya sistemi yağış sularını normal ötürmədiyindən, xəndəklər dolub, izafi sular evlərin zirzəmilərinə, həyətlərinə yığılıb və yolları keçilməz edib. Küçənin bir tərəfindən qarşı tərəfə keçmək çətinliyi yaranıb.

Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov bildirib ki, xəndəklər təmizlənəcək.

Qeyd edilib ki, Lənkəran şəhərinin mövcud kanalizasiya sistemi ötən əsrin 60-70-ci illərdə çəkilib və 20 min əhali üçün nəzərdə tutulub. Hazırda əhalisinin sayı 80 minə çatdığından kanalizasiya şəbəkəsinin yenidən qurulmasına ehtiyac var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Güclü yağış Lənkəranda sıra fəsadlar yaradıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ