Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Perunun vitse-prezidenti dövlət başçısı kimi and içdi

Perunun vitse-prezidenti dövlət başçısı kimi and içdi

Tarix: 8 Dekabr 2022 07:46

Perunun birinci vitse-prezidenti Dina Boluarte çərşənbə günü prezident Pedro Kastilyonun istefaya göndərilməsinə səs verən Konqresdən əvvəl dövlət başçısı kimi and içib.

Bu barədə Peru parlamentinin tviter səhifəsində məlumat paylaşılıb.

"Tanrının, vətənin və bütün peruluların adına and içirəm ki, Peru konstitusiyasına uyğun olaraq üzərimə götürdüyüm respublika prezidenti vəzifəsini indidən 26 iyul 2026-cı ilə qədər vicdanla yerinə yetirəcəyəm", - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Perunun vitse prezidenti dövlət başçısı kimi and içdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ