Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehdiyevin kürəkənindən ƏSƏBİ AÇIQLAMA: “Əvvəl araşdırın, sonra danışın!” - VİDEO

Mehdiyevin kürəkənindən ƏSƏBİ AÇIQLAMA: “Əvvəl araşdırın, sonra danışın!” - VİDEO

Tarix: 21 Oktyabr 2025 10:30

Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev TV Müsavatın baş redaktoru Sevinc Telmanqızına açıqlama verib.

S.Telmanqızı ona R.Mehdiyevin həbsi, durumu, ailənin istintaqa çağıırlması ilə bağlı suallar ünvanlamaq istəsə də, İ.Əliyev barəsində yayılanlara münasibət bildirib.

O, deyib ki, iki gündür mətbuatda barəsində yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur:

"Mən sizin efiri, telekanalı izləyirəm. Sosial problemlərlə, insanların həyatı ilə bağlı faktlar deyirsiniz. Hər zaman baxıram sizə. Amma faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləşdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var".

İ.Əliyev R.Mehdiyevlə bağlı sualı isə cavablandırmaqdan imtina edərək, zəngi sonlandırıb.


Etiketlər:  Mehdiyevin kürəkənindən ƏSƏBİ AÇIQLAMA Əvvəl araşdırın sonra danışın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ