Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2025 10:56
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın mərkəzində baş vermiş yol qəzasının görüntülərini yayıb.
Sonxeber.net xəbər verir ki, Mərkəzin müşahidə kamerasının qeydə aldığı bu qəza paytaxtın Səbail rayonu, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
İlkin ehtimala görə, qəza skuter sürən şəxsin işıqforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücü diqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən də aydın olur ki, ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıq yandıqda dayansaydı, bu hadisə baş verməyəcəkdi.
"Yadda saxlamaq lazımdır ki, işıqforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol hərəkəti iştirakçıları üçün məcburidir. Bunu "Yol hərəkəti haqqında" Qanunun 60-cı maddəsi tələb edir. Həmçinin qeyd olunur ki, işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmalıdırlar", deyə NİİM-in müraciətində deyilir.
Sözügedən qəzanın görüntülərini təqdim edirik: