Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2022 09:56
Bakıda eyni gündə iki şagird itkin düşüb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, dekabrın 6-da saat 15 radələrində Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 21 saylı orta məktəbdə təhsil alan 2008-ci il təvəllüdlü X.Q. orta məktəbdən çıxdıqdan sonra itkin düşüb. Hadisə ilə bağlı polisə müraciət edilib.
Həmin gün saat 12 radələrində isə Yasamal rayonu, M.Bünyadzadə küçəsində yerləşən 153 saylı məktəbdən çıxan 2010-cu il təvəllüdlü A.Ş. itkin düşüb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində 12 yaşlı uşaq saat 20 radələrində tapılıb.
Araşdırmalar davam etdirilir.