Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada İran telekanalının yayımı dayandırılır

Avropada İran telekanalının yayımı dayandırılır

Tarix: 8 Dekabr 2022 10:18

Fransanın "Eutelsat" peyk operatoru Aİ-nin anti-İran sanksiyaları tətbiq etməsi nəticəsində Avropa İttifaqı (Aİ) ölkələrinin ərazisində yayımının dayandırılması barədə İranın dövlət telekanalı PressTV-ni məlumatlandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü PressTV-nin saytında məlumat verilib.

Məlumatda müvafiq qərar "Aİ-nin ifadə azadlığını məhdudlaşdırmaq və alternativ fikirlərin yayılmasının qarşısını almaq cəhdi" kimi qiymətləndirilib.

Qeyd edək ki, "Eutelsat" Avropa, Yaxın Şərq, Asiya, Şimali və Cənubi Amerikaya peyk yayımını təmin edən operator şirkətidir.

Milli.Az


Etiketlər:  Avropada İran telekanalının yayımı dayandırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ