Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 17:03
Bakı. Trend:
Tərtər və Bərdə rayonlarında avtomobillərlə 3 yerdə qaz xətlərini zədələyiblər.
"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Tərtər rayonunun Nəsimi küçəsində diametri 76 mm olan qaz xəttinin avtomobillə vurulması səbəbindən bu gün saat 12:55-dən 380 abonentin qaz təchizatı dayandırılıb.
Rayonun Cəmilli kəndində isə 50 mm diametrində siyirtməni avtomobillə vurub qırıblar.
Bu zaman xətdə qaz sızması aşkarlanıb. Hazırda bu sızmanın ləğvi işləri aparılır. Bərdə rayonunun Qazaxlar kəndində kombaynla 50 mm diametrində olan siyirtməni zədələyiblər. Saat 14:10-dan etibarən 73 abonentin qaz təminatında fasilə yaranıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin