Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərhad Əhmədovun şirkəti BAĞLANDI, zavodun əmlakına həbs qoyuldu

Fərhad Əhmədovun şirkəti BAĞLANDI, zavodun əmlakına həbs qoyuldu

Tarix: 11 Noyabr 2025 15:52

Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan "Aznar" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb.

Sonxeber.net xəbər verir ki, bu haqda "Unikal"a QSC-dən bildirilib. Qeyd olunub ki, 2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi müəssisənin istehsalat fəaliyyəti dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub.

Qeyd edilib ki, sözügedən tədbirlər "QARAÇAY" Fermer Şirkəti ilə "KƏND" MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli bir neçə podrat müqaviləsindən (QAR-70-1/12-2019, QAR-70-2/12-2019 və s.) irəli gələn mülki-hüquqi mübahisə ilə bağlı görülüb.

Həmçinin bildirilib ki, "AZNAR" QSC-nin bağlanması nəticəsində müəssisəyə  5 875 200 AZN məbləğində potensial iqtisadi itki yaranıb.


Etiketlər:  Fərhad Əhmədovun şirkəti BAĞLANDI zavodun əmlakına həbs qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ