Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2025 14:16
Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Sonxeber.net xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi monteneqrolu olacaq.
Əsas referi Nikola Dabanoviçə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.
Serbiyalı Momçilo Markoviçlə Aleksandar Jivkoviç isə VAR-da təmsil olunacaqlar.