Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həmin qızılımın indi 50 min dollar qiyməti var''

''Həmin qızılımın indi 50 min dollar qiyməti var''

Tarix: 11 Noyabr 2025 14:25

Müğənni Mənzurə Musayeva ilə bağlı maraqlı fakt gündəmə gəlib.

Sonxeber.net xəbər verir ki, sənətçi illər öncə - 2008-ci ildə aldığı qızıl zinət əşyasının bugünkü dəyəri ilə tamaşaçıları heyrətləndirib.

Veriliş zamanı aparıcı Zaur Nəbi oğlu hesablamalar apararaq həmin qızılın indiki bazar qiymətini açıqlayıb.

"Mənzurə xanım o vaxt həmin qızılı 12 min dollara alıb. İndi isə onun dəyəri təxminən 50 min dollardır", - deyə Zaur Nəbi oğlu bildirib.

Müğənni isə aparıcının sözlərinə təəccüblə reaksiya verib və gülümsəyərək bunları deyib:

"Deməli, o vaxt yaxşı sərmayə qoymuşam. Mənim xəbərim olmadan qızılım dəyər qazanıb".

Sosial şəbəkə istifadəçiləri bu mövzunu yumorla qarşılayıb, bəziləri isə "Mənzurə Musayeva qızılına toxunmasın, qiymət qalxır" kimi şərhlər yazıblar.

Musa


Etiketlər:  Həmin qızılımın indi dollar qiyməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ