Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu GÖRÜNTÜLƏR ''Qalatasaray''lıları özündən çıxardı - VİDEO

Bu GÖRÜNTÜLƏR ''Qalatasaray''lıları özündən çıxardı - VİDEO

Tarix: 11 Noyabr 2025 14:54

2026-cı il FIFA Dünya Kubokunun Afrika pley-off mərhələsində Qabonla qarşılaşmağa hazırlaşan Nigeriya milli komandası Mərakeşin Rabat şəhərində toplanış keçirir. Lakin komandanın yerləşdirildiyi hotelin vəziyyəti futbol azarkeşlərinin narazılığına səbəb olub.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nigeriya yığmasının, o cümlədən "Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenin qaldığı hotelin şəraiti sosial mediada gündəm mövzusuna çevrilib.

Paylaşılan fotolarda köhnəlmiş və baxımsız otaqlar azarkeşlərin tənqidinə səbəb olub. Onlar bu vəziyyəti milli komandanın imicinə yaraşmayan hal kimi dəyərləndiriblər.

Nigeriya Futbol Federasiyası düşərgənin şəraiti ilə bağlı azarkeşlərin ciddi iradları ilə üzləşib. Sosial şəbəkələrdə istifadəçilər ölkə futbolunda uzun illərdir mövcud olan "infrastruktur və təşkilati çatışmazlıqlar"ın aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Hüseyn


Etiketlər:  GÖRÜNTÜLƏR Qalatasaraylıları özündən çıxardı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ