Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2025 18:46
Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Sonxeber.net xəbər verir ki, yığmamız İslandiya və Fransa ilə oyunlarda Elvin Cəfərquliyevdən yararlana bilməyəcək.
O, yüksək bədən temperaturuna görə heyətdən çıxarılıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.