Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eyyub Yaqubovun bacısı oğlu müğənniliyə başladı: yaşı müzakirə yaratdı - VİDEO

Eyyub Yaqubovun bacısı oğlu müğənniliyə başladı: yaşı müzakirə yaratdı - VİDEO

Tarix: 11 Noyabr 2025 18:05

Xalq artisti Eyyub Yaqubovun ailəsindən daha bir istedadlı ifaçı musiqi səhnəsinə qədəm qoyub.

Sonxeber.net xəbər verir ki, bu dəfə sənətçinin bacısı oğlu Nağı Yaşar sənət dünyasına daxil olub.

Eyyub Yaqubov gənc musiqiçini ictimaiyyətə özü təqdim edib və ona olan etimadını bu sözlərlə ifadə edib:

"Nağını hələ uşaq yaşlarından musiqiyə yönləndirmişdik. Onun bu gün sənətə gəlməsi təsadüfi deyil. İstedadına inanıram və ona dəstəyəm. Bu açıqlamanı da ona görə verirəm ki, hər kəs bilsin - o mənim bacım oğludur, mənə qəlbən yaxın biridir. Bizim ailədə istedad irsidir. Nağı həm oxuyur, həm də musiqi bəstələyir. Bizim borcumuz istedadlılara kömək etməkdir, həyasızlar onsuz da özlərinə yol tapır. Mən inanıram ki, o bu sənətdə öz sözünü deyəcək."

Sənətkar sözlərinə əlavə olaraq Məhəmməd Hadinin fikrini də xatırladıb:

"Elmin, hünərin, mərifətin varsa, buyur gəl, yoxsa bu elm sahəsinə olma bir əngəl!"

Nağı Yaşar isə dayısının dəstəyinə görə minnətdarlığını bildirib və gələcəkdə Eyyub Yaqubovun adına layiq bir sənətçi olacağına söz verib.

Sosial mediada isə izləciyilər onun Xalq artisti olan dayısı ilə yaş fərqinin bilinmədiyini şərhlərdə yazıblar.

Musa


Etiketlər:  Eyyub Yaqubovun bacısı oğlu müğənniliyə başladı yaşı müzakirə yaratdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ