Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2025 15:56
"Barselona"nın futbolçusu Lamin Yamal 2026-cı il dünya çempionatının seçmə mərhələsinin noyabr ayına planlaşdırılan oyunları üçün İspaniya millisinin heyətindən çıxarılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi zədəli olduğuna görə komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, İspaniya noyabrın 15-də səfərdə Gürcüstan, noyabrın 18-də isə doğma meydanda Türkiyə yığması ilə qarşılaşacaq. /"Report"