Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2025 00:48
"İnter"in, "Real Madrid"in və Braziliya millisinin sabiq hücumçusu Ronaldo "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonu tənqid edib.
Sonxeber.net xəbər verir ki, "Bəzi insanlar çox təkəbbürlüdür. Özüm haqqında danışmağıma yox, başqalarının mənim haqqımda danışmasına üstünlük verirəm. O, tarixin ən yaxşı oyunçularından biridir, amma o, ən yaxşısıdır? Razı deyiləm. Amma onun fikrinə hörmət edirəm. Hətta deyərdim ki, Kriştiano ilk onluqdadır", - o, bildirib.
Qeyd edək ki, Kristiano Ronaldo beşqat "Qızıl top"un qalibi və 2016-cı ilin Avropa çempionudur. Bu mövsüm portuqaliyalı bütün turnirlərdə klub üçün 11 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib.