Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2025 01:15
Rusiya Vergi Xidməti bloger və pranker Sübhan Məmmədova ("Subo") fərdi sahibkarlıq fəaliyyətini (İP) bağlamağa hazırlaşır.
Sonxeber.net-ın məlumatına görə, qurum hesab edir ki, Sübhan artıq ölkəni tərk etdiyi və evində axtarış aparıldığı üçün onun İP-si artıq etibarsızdır.
Sübhanın qeydiyyatda olduğu Mıtişi vergi müfəttişliyi onun bütün bank hesablarını da dondurub. Buna görə, o, yəqin ki, borclarını ödəyə bilməyəcək. Nəticədə, onun sahibkarlıq fəaliyyəti, eləcə də Odintsovodakı mənzili artıq onun mülkiyyəti siyahısından çıxarıla bilər.
Qeyd edək ki, bundan əvvəl Sübhanın 2018-ci ildə ipoteka ilə aldığı ikiotaqlı mənzilinin satılacağı və əldə olunan vəsaitin blogerin borclarının bir hissəsini ödəmək üçün istifadə olunacağı bildirilmişdi.
Xatırladaq ki, Sübhan Məmmədov Rusiyaya 70 il müddətinə giriş hüququndan məhrum edilib. (axşam.az)