Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2022 21:03
İranın Ermənistana təmənnasız olaraq 500 ədəd "Dehlaviye" və 100 ədəd "Almas" tipli tank əleyhinə idarə olunan raket kompleksi bağışlaması barədə məlumatı şərh edən rusiyalı ekspert Vitali Arkovun proqnozu özünü heç "bir-iki gün" də gözlətmədi.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, V.Arkov rəsmi İrəvanın bu barədə xəbərləri yaxın 1-2 gündə təkzib edəcəyini, "guya belə bir məlumat həqiqət deyil" deyə, açıqlama yayacağını bildirmişdi. Məqsəd isə həmin raketlərin əhəmiyyətli hissəsinin Rusiyaya göndərilmə ehtimalıdır.
Proqnoz artıq özünü doğrultdu: Ermənistan MN-in sözçüsü Aram Torosyan qısa, cəmi bircə cümləlik təkzib yayıb.
"İranın Ermənistana raket və raket sistemləri verməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - o bildirib.
Qeyd edək ki, İranın Ermənistana nəinki raketlər hədiyyə etməsi, hətta bu raketlərdən istifadəni öyrətmək üçün 27 nəfərlik heyəti (iki mərhələdə) Xankəndiyə göndərməsi də, göndərilən iranlı mütəxəssislərin ad-soyadları və pasport məlumatları da fotolarına qədər yayılıb.