Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zirə'' rəhbərliyi düşünürdü ki...'' - Samir Abasov istefasından danışdı

''Zirə'' rəhbərliyi düşünürdü ki...'' - Samir Abasov istefasından danışdı

Tarix: 8 Oktyabr 2019 17:24

Bu gün "Zirə"dən istefaya göndərilən Samir Abasovun müsahibəsi

- Əvvəlcə istefa ilə bağlı fikirlərinizi bilmək istərdim. Səbəb nə oldu?

- Deyiləsi çox şey yoxdur. Klubun rəsmi saytında hər şey açıq-aşkar bildirilib. Səhərdən telefon dağılır. Bütün saytlara danışıram. Olan şeyi deməliyəm. Oturub söhbət etdik. Rəhbərliklə razılığa gəldik ki, artıq işləmək alınmır. Klub rəhbərliyi daha yaxşı nəticələr gözləyirdi. İşimiz, oyunumuz onları razı salmadığına görə komandanın xeyiri üçün qarşılıqlı şəkildə yollarımızı ayırdıq.

- Nəticələrin rəhbərliyi razı salmadığını dediniz. Bəs siz öz işinizi necə qiymətləndirirsiniz?

- Əvvəlcə "Zirə" rəhbərliyinə təşəkkürümü bildirirəm. Çempionatdakı tək-tük komandalardan biridir ki, öz cibinin pulunu xərcləyir və bəhrəsini də görmək istəyir. Normal bir şeydir. Nəticələr onları qane etmədiyi üçün bu addımı atdıq. Klub rəhbərliyi düşünürdü ki, bundan sonrası da belə olacaq. Ona görə də bu gün mənim özümə haqq qazandırmağımın nə yeri, nə də mənası var. Komandanın uğur qazanmasını mən də istəyirəm. Çünki orada oynayanlar mənim uşaqlarımdır. "Zirə"nin yaxşı yerlərdə olması üçün bu qərarla razılaşmalıyıq.

- Sizcə, "Zirə"nin qeyri-sabit çıxışına, turnir cədvəlinin aşağı sıralarında qərarlaşmasının əsas səbəbi nədir?

- Bu suala baş məşqçi olaraq da cavab verə bilərdim. Bu gün "Qarabağ" və "Neftçi"ni çıxmaq şərtilə, digərləri hamısı eyni gücdə olan komandalardır. Turnir cədvəlində də bu görünür. Bu gün "Zirə" 1-2 xalla axırıncı yerdə deyil. Bəhanə gətirmirəm, günah özümüzdədir ki, 3 xal fərqi ilə 5-ci yerdəyik.

- Bundan sonra nə etməyi düşünürsünüz?

- İndi düşünmək üçün lazımı gün deyil. Sabah nə olacağını deyə bilmərəm. İnanıram ki, hər şey yaxşı olacaq (sportinfo.az).

 


Etiketlər:  Zirə rəhbərliyi düşünürdü Samir Abasov istefasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ