Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

12 yaşlı qızın mədəsindən nəhəng saç topası çıxdı - FOTO

12 yaşlı qızın mədəsindən nəhəng saç topası çıxdı - FOTO

Tarix: 9 Dekabr 2022 09:20

Surqutda uşaq cərrahları 12 yaşlı qızın mədəsindən uzunluğu 20, qalınlığı 2 santimetr olan tük topası çıxarıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xantı-Mansiysk Muxtar Dairəsinin səhiyyə departamentinin direktoru Aleksey Dobrovolski "Telegram"da məlumat verib.

Onun sözlərinə görə, məktəbli qarın ağrısı və qusma şikayətləri ilə həkimlərə müraciət edib. Qızla söhbət etdikdən sonra həkimlər onda saçlarının uclarını çeynəmək vərdişi olan Rapunzel sindromuun aşkar ediblər. Nəticədə, uşağın bağırsaq traktında saç topası əmələ gəlib. Zaman keçdikcə onun ölçüləri böyüyüb və bütün mədə boşluğunu doldurub.

Surqut Şəhər Xəstəxanasının uşaq cərrahları və anestezioloqlarından ibarət briqada məktəbli qızın mədəsində açıq əməliyyat keçirib. Əməliyyatdan sonra uşağın özünü yaxşı hiss etdiyi bildirilib.


Etiketlər:  yaşlı qızın mədəsindən nəhəng saç topası çıxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ