Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2022 15:10
15:08
Daxili İşlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin saxlanılması barədə açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.
Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.
-------
14:22
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.
O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Məhkəməsinə aparılır".