Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İlhamə Quliyeva şou-biznesin qanunlarını yazmırdı, şou xatirinə belə edirdi...”

“İlhamə Quliyeva şou-biznesin qanunlarını yazmırdı, şou xatirinə belə edirdi...”

Tarix: 9 Dekabr 2022 17:50

Sonxeber.net xəbər verir ki, əməkdar artist Nüşabə Ələsgərli moderator.az-ın suallarını cavablandırıb.
 
- Nüşabə xanım, bu günlərdə əməliyyat olunmağınızla bağlı xəbərlər yayıldı. Nədən əməliyyat olundunuz və özünüzü necə hiss edirsiniz?

- Mən gözlərimdən əməliyyat olundum. Eynəyə birdəfəlik əlvida dedim. Şükür Allaha hazırda özümü çox yaxşı hiss edirəm.
 
- Siz estrada musiqimizin cəfakeşlərindən birisiniz. Sizcə müasir estradada nələr çatışmır?
 
- Şou-biznesdə və estradamızda çatışmayan cəhət təhsildir. Təhsilsizlik hər yerdə özünü göstərir. Təkcə bu sahədə yox. Təhsilli insanla təhsilsiz insanın danışığında da, dünya görüşündə də fərq çoxdur. Həmçinin də repertuar seçimində, oxuduğu mahnıda.
 
- Şou-biznesin qayda-qanunlarını o vaxt rəhmətlik İlhamə Quliyeva yazırdı. Bu gün o səlahiyyət sizcə kimdədir?
 
- Məncə nə o vaxt, nə də ki, indi qayda-qanun yazan yoxdur. İlhamə Quliyeva şou xatirinə belə deyirdi. Yaşca böyük olduğuna görə hamı ona hörmət edirdi.
 
- Mən bilirəm ki, siz pedaqoji fəaliyyətlə də məşğul olursunuz. Müəllim kimi səbirlisiz yoxsa səbirsiz?
 
- Pedaqoji fəaliyyətdən öncə səbirsiz idim. İndi isə tam əksinə, çox səbrli olmuşam. Tələbələrimdən də çox razıyam.
 
- Uzun illərdir solo konsert vermirsiniz. Buna nə mane olur?
- İstərdim ki, tam fərqli bir şəkildə konsert verim, tamaşa kimi. Lakin vaxt və maliyyə tələb edir. Əsas da vaxtım yoxdur. 
 
- Vaxtilə aktrisa kimi filmlərdə rol almısınız. Bu gün də çəkilmək istərdiniz?
 
- Müasir və sosial film olsa çəkilmərəm, amma tarixi film olsa çəkilərəm. Mən o vaxt televiziya tamaşalarında, film və seriallarda çox böyük, görkəmli aktyorlarımızla tərəf müqabili olmuşam. O günləri heç vaxt unuda bilmərəm. İndi keçmiş lentlərə baxıb, həmin günləri yada salırıq. Allah hamısına rəhmət etsin.
 
- Yeni mahnılar yazdırmısınız?
 
- Yeni mahnılarım olacaq, gözləyin. Artıq 5 dənə yeni mahnı yazdırmışam.
 
- Nüşabə xanım qadın kimi çox xoşbəxtdir, yoxsa ana kimi?
 
- Ana kimi xoşbəxtəm.
 
- Həyatda hansı yaşamadıqlarınızı övladlarınızın yaşamasını, hansı yaşadıqlarınızı övladlarınızın yaşamamasını istərdiniz?
 
- Çox şeylər var, sadalamaqla bitməz. Əsas odur ki, xoşbəxt olsunlar. Yaşadığım mənim həyatımdır. Onların da öz arzuları, öz həyatları var. Mənim həyatda yaşadıqlarımın və yaxud yaşamadıqlarımın onlarla heç bir əlaqəsi yoxdur. İstəsəm də, istəməsəm də onlar onsuz da tam fərqli bir həyat yaşayacaqlar. Çünki yaşadıqları ölkələr başqa ölkələrdir.
 
- Nüşabə xanım, nənə olmaq arzunuz varmı?
 
- Əlbəttə, arzum var. Nənə olmağı kim istəməz ki? Elə arzmuz odur. İnşallah qismət.


Etiketlər:  İlhamə Quliyeva şou biznesin qanunlarını yazmırdı şou xatirinə belə edirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ