Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın bu il üçün inflyasiya proqnozu artırılıb

Azərbaycanın bu il üçün inflyasiya proqnozu artırılıb

Tarix: 19 Avqust 2025 18:40

2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqust ayında təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir.

Bu barədə Sonxeber.net Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir edib.

Xatırladaq ki, Mərkəzi Bankın iyul proqnozlarına görə isə ölkədə illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir.
 


Etiketlər:  Azərbaycanın üçün inflyasiya proqnozu artırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ