Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2022 19:02
Radikal "Taliban" hərəkatının tərəfdarları Əfqanıstanın Pərvan əyalətində 18 kişi və 9 qadını qamçılayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, onlar oğurluq, nikahdan kənar münasibətlər və evdən qaçmağa görə cəzalandırılıblar.
Cəza "Çarikar" stadionunda həyata keçirilib. Cinayəti törədənlərin hər biri 29-dan 35-ə qədər şallaq zərbəsi alıb.
Hökmün icrasında yüzlərlə yerli sakin və "Taliban" hərəkatının nümayəndəsi iştirak edib.