Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Braziliya qol vuranda hamı uduzduğumuzu düşünürdü" - Modriç

Tarix: 10 Dekabr 2022 09:02

"Onlar qol vuranda az qala biz uduzacaqdıq. Hamı uduzduğumuzu düşünürdü, amma biz heç vaxt təslim olmadığımızı bir daha göstərdik. İnancımız inanılmazdır. Qarşılaşmanı heç-heçə ilə bitirdik və penaltilər seriyasında özümüzə arxayın idik. Penalti seriyasına bir qolla başlayanda və rəqiblərinizdən biri şansını qaçırdıqda, özünüzə əminlik qayıdır".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Xorvatiya millisinin kapitanı Luka Modriç deyib.

O, dünya çempionatının 1/4 finalında Braziliya üzərində qələbəni şərh edib. Modriç bildirib ki, mundialdan əvvəl onların bura qədər gələcəyinə çoxları inanmırdı: "Təbii ki, mundialdan əvvəl heç kim bizə şans tanımırdı, ya da bu qədər irəli gedə biləcəyimizi düşünmürdülər. Əsas odur ki, bizim inamımız, özümüzə əminliyimiz var idi. Yenə çox yaxşı gənclərdən ibarət əsl komandamız var. Belə bir qələbə, şübhəsiz ki, bizə qarşıda daha çox inam verəcək".

Milli.Az


Etiketlər:  Braziliya qol vuranda hamı uduzduğumuzu düşünürdü Modriç


RƏYLƏR